ABŞ niyə İranın parçalanmasını istəməz?
“Neft və qazla zəngin olan 90 milyonluq ölkəni dağıtmadan, bütövlükdə götürüb koloniyaya çevirməkdən hansı ağılsız imtina edər? Bunun üçün lazım olan əsas məsələ ölkəyə rəhbər kimi öz vassalını təyin etməkdir. Hər şey buradan başlayaraq, ingilisin əsrlər boyu sınanmış koloniya idarəetmə konsepsiyası ilə həll oluna bilər”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Səfər Alışarlı deyib.
O, deyib ki, ondan sonra sərvətləri talanan, aclıq və səfalət içində çabalayan xalq yalnız bir tikə çörək və kommunal xərcləri haqqında düşünəcək, getdikcə oturuşan diktatura möhkəmlənə-möhkəmlənə xalqa düşmən kəsiləcək, rüşvətxor məmur ordusu yadelli ağalara yaxşı xidmət üstündə bir-birini qıracaq, ölkənin ordusundan qonşulara və daxili əleyhdarlara qarşı cəza dəstələri kimi istifadə olunacaq:
“Rus imperiyası sərasər 200 il bunun hər üzünü bizə, qonşularımıza və bütün dünyaya göstərib. Budur müasir və klassik müstəmləkəçiliyin anatomiyası. İran parçalansa, müstəmləkəçilər üç-dörd kiçik dövlətlə üz-üzə qalaraq başağrısı çəkə bilərlər. Belədə isə 1 nəfəri itaətdə saxlayıb, onilliklər boyu zəngin bir ölkəni talayar, böyük bir xalqı, sözün həqiqi mənasında, minib çapa bilərlər. Bu mənada, hətta ehtimal etmək olar ki, ABŞ nə vaxtsa Maduranı azad edib, onu yenidən öz ölkəsinin rəhbərliyinə qaytarsın. Onlar üçün ilanı kimin əli ilə tutmağın heç bir fərqi yoxdur. Ona görə ABŞ və onun Yaxın Şərqdəki əlaltıları İranın parçalanmasını istəməz və istəklərinə nail olsalar, tezliklə ondan Türkiyəyə qarşı düşmənçilik aləti kimi istifadə etməyə başlayarlar. Belə bir vəziyyətdə İranın və bütövlükdə regionun türkləri çox tədbirli olmalı, vəziyyəti öz xeyirlərinə dəyişmək üçün lazım olan nə varsa, vaxtında etməlidirlər. Heç bir şahzadə, heç bir monarxiya xalqları quduz imperializmin caynaqlarından qoruya bilməz”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05


Bakı -°C

