adalet.az header logo
  • Bakı -°C
06 Yanvar 2026 12:12
166
SİYASƏT
A- A+

“Zəngəzur dəhlizi artıq siyasi mübahisə mövzusu deyil...”

“Dünən Prezidentin müsahibəsində təxminən 10-a yaxın siyasi istiqamət öz əksini tapdı. (iqtisadi istiqamətlərlə bağlı fikirlərimi ayrıca bölüşəcəm). Siyasi istiqamətlərin əksəriyyəti xarici siyasətə, bir neçəsi isə daxili siyasi istiqamətə aid idi.Daxili siyasi vəziyyətlə bağlı 2 məqam çox önəmli idi”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

“Belə ki, Prezident bildirdi ki, müharibədən sonrakı dövrdə ölkə idarəçiliyi fövqəladə qərarlar mərhələsindən çıxaraq daha sistemli və davamlı idarəetmə mərhələsinə keçir.İkinci məqam isə o idi ki, Prezident açıqladı ki, güclü dövlət anlayışı artıq yalnız təhlükəsizliklə deyil, səmərəli və məsuliyyətli idarəçiliklə ölçülür. Bu son cümlə ölkənin gələcək iqtisadi həyatı üçün həyati əhəmiyyətli tezisdir. Çünki, səmərəli və məsuliyyətli idarəçilik ölkə iqtisadiyyatının 3 dayağından 2-sidir.Xarici siyasət xəttinə dair isə əsas məqamlar daha çox idi. Prezident bildirdi ki, Erməniatanla sülh prosesi geri dönməz mərhələyə daxil olub və bu sülh yaranmış real güc balansının nəticəsidir. Qərb ölkələri ilə münasibətlər emosiyalara yox, qarşılıqlı maraqlara əsaslanacaq. Azərbaycan ABŞ tərəfndən regionda sabitlik yaradan tərəfdaş kimi qəbul olunur. Çinlə əməkdaşlıq qlobal balans siyasətinin mühüm hissəsinə çevrilir. Türk dövlətləri ilə münasibətlər daha praktik mərhələyə keçir. Zəngəzur dəhlizi artıq siyasi mübahisə mövzusu deyil və öz icrasını gözləyən texniki məsələdir”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN