"İrandakı iğtişaşlar Pezeşkianla mühafizəkarlar arasında uçurumu dərinləşdirəcək"
"Pezeşkian iğtişaşlardan bir neçə gün əvvəl ölkədəki vəziyyətin ağır olduğunu və müsbətə doğru dəyişikliyə nail olmadığını etiraf etmişdi. İrandakı hazırki iğtişaşların fitilini elə Prezidentin həmin açıqlaması alovlandırıb. Pezeşkian etiraz yürüşləri başladıqdan sonra polisi təmkinli davranmağa, hökumət üzvlərini isə etirazçılarla dialoqa çağırıb".
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
"Problem ondadır ki, yürüşləri və etirazları təşkil edən vahid mərkəz yoxdur ki, hökumət üzvləri kimlərlə danışıqlar aparacaqlarını müəyyənləşdirsinlər. Bir də ki, mühafizəkarlar artıq “iş başındadırlar” və onlara dialoq sərf etmir. Etirazçılara atəş açılır, ölənlər barədə məlumatlar artır. Bu o deməkdir ki, Prezidentin dialoq təklifi müxtəlif səbəblərdən alınmayacaq. Mühafizəkarlar etirazçılara qarşı radikal addımların atılmasının tərəfdarıdılar və onlar Prezidentə tabe deyillər. Etirazçılar Prezidentin əleyhinə şüarlar səsləndirmirlər, çünki onlar da anlayırlar ki, qarşılarındakı gücün Prezidentə aidiyyatı yoxdur. Buna baxmayaraq, mühafizəkarların etirazçılara atəş açmalarının intensivləşməsi Məsud Pezeşkianı çətin vəziyyətə salacaq. O indiki vəziyyətdən çıxış yolu tapmadığına görə, istefa barədə düşünə bilər", - deyə o, bildirib.
Vasif
Digər Xəbərlər
03 Yanvar 2026 11:16
"ABŞ-nin Venezsuelaya hücumu Putinin maraqlarına cavab verir..."
02 Yanvar 2026 16:00
İlham Əliyev və xanımı Latviyanın keçmiş prezidentinə başsağlığı verdilər
02 Yanvar 2026 11:16
Hikmət Hacıyev: Biz Tramp administrasiyasının tam dəstəyinə malikik
02 Yanvar 2026 11:08
“Türkiyədə fərqli ideoloji baxışlara malik insanlar var...”
02 Yanvar 2026 10:09
İlham Əliyev İsveçrə dövlət başçısına başsağlığı verdi
01 Yanvar 2026 17:28
Azərbaycan İsveçrəyə başsağlığı verdi
01 Yanvar 2026 16:16
"“Böyük Qayıdış” Proqramını uğurla icra edirik" - İlham Əliyev
01 Yanvar 2026 13:45


Bakı -°C

