“Azərbaycanın apardığı ağıllı siyasət Cənubi Qafqazı Rusiya təhlükəsindən...”
“Hazırda Rusiyanın başının Ukraynaya qarışdığı bir vaxtda Cənubi Qafqazda maraqlı proseslər gedir. Bu prosesin ən aparıcı epizodu Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına birgə xoş niyyətin ifadə olunmasıdır. Hər iki ölkənin rəhbərləri Vaşinqton görüşündən sonra böyük sülh müqaviləsi imzalamaq üçün ciddi iş aparırlar”.
Bunu Adalet.az-a açıqlamasında siyasi şərhçi Qulu Məhərrəmli deyib.
O, bildirib ki, tərəflər arasında artıq həm xalq diplomatiyası səviyyəsində, həm də dövlətlərarası səviyyədə münasibətlər, əməkdaşlıq özünü göstərir:
“Sərhədlərin delimitasiyası, Azərbaycan və erməni cəmiyyətinin bir-birinə tanıdılması, Ermənistana uzun fasilədən sonra Qazaxıstan taxılının məhz Azərbaycan ərazisindən keçirilərək, aparılması, hər iki ölkənin cəmiyyətinin düşmənçilik niyyətlərinin, hərəkətlərinin məhdudlaşdırılması və ləğv olunması istiqamətində addımlar atılır. Bütün bunların hamısı əlbəttə ki, böyük sülh müqaviləsinin imzalanmasını sürətləndirir. Problemlər də var, xüsusən Ermənistan daxilində qeyri-sabitlik yaratmağa çalışan birbaşa Rusiyanın diqtəsi ilə hərəkət edən qüvvələr yəni bu vəziyyətlə barışmaq istəmir. Ona görə ki, Paşinyanın atdığı addımlar birbaşa Ermənistanın və erməni xalqının uzun illərin yanlış siyasətindən, onları düşdüyü ağır vəziyyətdən çıxarmağa xidmət edir. Bunu Ermənistanda bir çox dairələr aydın vəziyyətdə görür. Ona görə də Paşinyana dəstək verirlər”.
Q.Məhərrəmli deyib ki, vaxtilə Ermənistana rəhbərlik etmiş Robert Köçəryan, Serj Sarkisyan, onların ittifaqı, din xadimlərinin Paşinyana qarşı qaldırılması birbaşa Rusiyadan idarə olunan hərəkətlərdir:
“Ona görə də indi Rusiya bütün vasitələri ilə çalışır ki, Ermənistanı özünü buxovunda, nəzarətində saxlasın. Çünki iki yüz ilə yaxındır ki, Rusiya ermənilərlə Azərbaycan türkləri arasında yaratdığı düşmənçiliyin hesabına bölgədə öz nüfuz dairəsini qoruyub saxlayır və bundan sonra da güman edir ki, həmin mexanizmlər işləyəcək. Amma buna ümidlər azdır. Rusiya hər vasitə ilə çalışır xalq diplomatiyası səviyyəsində özününü xüsusi elçilərinin səsləndirdiyi bəyanatlar vasitəsi ilə demək istəyir ki, guya Rusiya üçün Qarabağ problemi həll olunmamış sayılır və sair. Yəni tərəflərə təsir etmək, xüsusən Ermənistanı bu istiqamətdə stimullaşdırmaq, şirnikləndirmək baxımından Rusiyanın müəyyən resursları var. Amma hesab edirəm ki, hazırda Ermənistanın daxilində gedən proeslər Paşinyanın müəyyən addımlarının hesabına daraldılır”.
O, deyib ki, indi Ermənistanda əsas məsələ gələn ilin iyun ayında keçiriləcək parlament seçkiləridir ki, indidən ona start verilib:
“Rusiya marağa yatmış vəziyyətdədir. Ölkədə daxili vəziyyəti gərginləşdirmək, özünə uyğun adamlara dəstək vermək, ictimai asayişi pozmaq, Paşinyan hakimiyyətinə qarşı xalqı qaldırmaq kimi planları var. Amma hesab edirəm ki, o geniş bir dəstək tapa bilməyəcək. İndi Ermənistanın daxilində də Paşinyanın apardığı siyasət müəyyən dərəcədə rəğbətlə qarşılanır. Paşinyanın həm Türkiyə, həm də Azərbaycanla yaratdığı münasibət həm Avropa ilə, ABŞ ilə qurduğu münasibətlər hesab edirəm ki, Ermənistanın bir dövlət kimi yaşaması üçün təhlükədən daha çox rahatlıq yaradır. Ona görə də Rusiya bütün vasitələrdən istifadə etməyə çalışacaq ki, Ermənistanı indi seçdiyi yoldan döndərə bilsin. Amma məncə, artıq ox yaydan çıxıb və Ermənistan öz tarixində ən düzgün rolu seçə bilib. Bax bu yolun seçilməsi, digər tərəfdən Azərbaycanın apardığı ağıllı siyasət Cənubi Qafqazı Rusiya təhlükəsindən kifayət qədər qoruya biləcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
18 Dekabr 2025 13:26
Humanizm üzərində qurulan güclü dövlət - ŞƏRH
18 Dekabr 2025 12:35
Türkiyə S-400-ləri qaytarsa... - Azərbaycana lazımdırmı? - Səxavət Məmməd yazır
18 Dekabr 2025 11:52
İlham Əliyev Qətər Əmirinə məktub ünvanladı
18 Dekabr 2025 11:21
"Sülh müqaviləsinin Moskvada imzalanmasını nəinki Azərbaycan tərəfi...”
18 Dekabr 2025 10:32
“Əmək Məcəlləsinə edilən dəyişikliklər sosialyönümlü hüquqi tənzimləmələrin tətbiqini nəzərdə tutur”
18 Dekabr 2025 09:22
Azərbaycan-Niderland tərəfdaşlığının dərinləşdirilməsi təsdiq olunub
18 Dekabr 2025 09:00
Vətən xainləri cəzalarını alacaqlar
17 Dekabr 2025 18:00


Bakı -°C

