adalet.az header logo
  • Bakı -°C
14 Dekabr 2025 17:41
64
MƏMLƏKƏT
A- A+

Bakıya sulu qar yağdı...

Bir neçə gün əvvəl hidirometeroloqlar bildirmişdilər ki, dekabrın 14- də Bakıya qar yağacaq və həmin günü paytaxtımıza səhər saatlarından axşama kimi qar yağdı. Və bu ən çox uşaqları sevindirdi. Hərçənd ki, qar yeri ağartmadı, ancaq Bakının çirkli havasını az da olsa, təmizlədi.

Bir çox rayonlara qar yağdi və bəzi yerlərdə bu qarın qalınlığı 3-4 santimetri keçdi.Düzdür,, Bakıya yağan sulu qar balacaları əməlli- başlı sevindirdi, amma həmin gün evlər, mənzillər  heç yaxşı qızdırılmadı. Çox təəssüf ki,  " Azəristiliktəchizat" soyuq gündə əhaliyə normal istilik verə bilmədi. Və bir ildə qiymətlər üç dəfə bahalaşaa da, lakin xidmətdə  bir addım da irəliləyiş hiss olunmadı.

Əhaliyə isə  verilməyən istiliyin artıq qəbzləri gəlib. Düz bir aydır ki, abonentlər normal istilik ala bilmir.Və bir neçə gündən sonra qış  gələcək, soyuqlar, şaxtlar daha da artacaq! Bəs onda əhalinin mənzilləri necə qızdırılacaq? Kəndə yerlərində yenə camaat çıxış yolu tapacaq, belə olanda istiliklə təchiz olunmalı binaların sakinləri  nə etsinlər? Qoy bu suala "Azəristiliktəchizat" ın məsul şəxsləri cavab versin.Və bir də abonentlərə boş-boş vədlər deyil, istilik lazimdır!

Emil Faiqoğlu