Türkiyə -Ermənistan sərhədləri yaxın perspektivdə açıla bilər - Politoloq
"Ermənistan və Türkiyə arasında aparılan danışıqlarda ciddi siyasi irəliləyişlər əldə olunub. Məhz Ermənistanda seçkilərə yaxın vaxtlarda iki ölkə arasında sərhədlər açıla bilər".
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, hazırda Nikol Paşinyan bunun üçün Ankara ilə ciddi danışıqlar aparır. Paralel olaraq Azərbaycanın razılığını almağa çalışır:
"Dohada Ermənistanın Təhlükəsizlik Şurasının katibi A. Qriqoryan və prezidentin köməkçisi H. Hacıyev görüşəcək. Bu görüşdə sülh prosesi, iki ölkə arasında diplomatik danışıqlar və Türkiyə -Ermənistan sərhədlərinin açılması ilə bağlı danışıqlar aparılması mümkündür. Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə qarşılıqlı səfərlər edilir. Artıq iki ölkə rəsmilərinin üçüncü ölkədə görüşünə ehtiyac yoxdur. Ötən həftə Ermənistanın Baş nazirinin müavini M. Qriqoryan nümayəndə heyəti ilə Qəbələdə Birgə Komissiyanın iclasında iştirak üçün səfərdə oldu.
Ümumiyyətlə, Türkiyə -Ermənistan sərhədlərinin açılması N.Paşinyanın daxili siyasi mövqeyini gücləndirməklə yanaşı, Rusiya orbitindən çıxmasını daha da tezləşdirə bilər".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
05 Dekabr 2025 12:40
İlham Əliyev Tailand kralını milli bayram münasibətilə təbrik edib
05 Dekabr 2025 12:20
Əli Əsədov TDT-nin əmək və sosial müdafiə nazirləri ilə görüşüb
05 Dekabr 2025 12:17
“Azərbaycan dövlətinin milli maraqlarına qarşı yönəlmiş bu fəaliyyətlər...”
05 Dekabr 2025 11:32
Putin Hindistana buna görə gedib - Politoloq
05 Dekabr 2025 10:10
"Onlar ata-baba yurdlarına qayıdacaq" - İlham Əliyev
05 Dekabr 2025 10:01
"Ermənistan azərbaycanlıların mədəni irsini məhv edib" - Prezident
05 Dekabr 2025 09:43
"Ermənistan azərbaycanlıların mədəni irsini məhv edib" - Prezident
05 Dekabr 2025 09:27


Bakı -°C

