“Orta məktəbləri ləğv etmək lazımdır, onsuz da təhsil yoxdur...”
“Uşaqlar üçün Qərbin hazırladığı təhlükəli uşaq oyunları məhvə aparır. Uşaqların intiharı əsasən bu "inkişaf"la bağlıdır. Əfqanıstanda Talibanın - radio - televizoru balta - külünglə xışdamasını tənqid edəndə gərək Qərbin belə həngamələrini də tənqid edək. "Mavi balina" oyunu, digər internet fəsadları hələ getdikcə özünü büruzə verəcək. Bu sahədə tənzimləmə, nəzarət olmalıdır. Məktəb günahı valideynin, valideyn də müəllimin üstünə yıxmamalıdır. İkinci fəsad: elektron qəlyan orta məktəb uşaqları üçün nəzərdə tutulub sanki. Açıq satışı davam edir. Orta məktəblərdə təhsili gərək kəlbətinlə alasan, o da ala bilsən”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O, bildirib ki, ikili təhsil formatı mövcuddur:
“Formal orta məktəb və hazırlıq kursları, repititor adı altında alternativ digər təhsil. Ümumiyyətlə orta məktəbləri ləğv etmək də olar. Onsuz da təhsil yoxdur, təhsil sistemi bərbaddır. Yaranmış boşluq uşaqların təhsil taleyini məhv etməklə yanaşı ümumi taleyini də məhvə aparır. Boşanmış ər-arvad kimi hamı bir - birini günahlandırır, ortada da uşaqlar məhv olur. Məktəb təqsiri həmişə valideynlərin üstünə atır. Orta məktəblərə ciddi nəzarət lazımdır. Real yoxlamalar olmalıdır. Hazırlıq kurslarındakı ciddiyyəti, tələbkarlığı, məsuliyyəti orta məktəbdə yaratmaq olmazmı? Gərək hər şeyi alverəmi çevirək? Axı uşaqların təhsil taleyi ilə alver etmək olmaz. Qulağında qulaqcıq meyxanaçıların narkoman mahnılarına qulaq asan yeniyetmələrin ovcunda elektron qəlyan görəndə bildim ki, təhsilin fatihəsi çoxdan verilib”.
T.İrfanın sözlərinə görə, Qərbdən lazım olanı götürmək lazımdır, nə gəldi hamısını deyil:
“Avropa Tanrı deyil ki, nə etsə, nə desə hökmi-zərr hesab edib dördəlli qəbul edək. Tiktok və digər şəbəkələrin də fəsadlarının qarşısını almaq üçün filterlər olmalıdır. Pozğunluq, dələduzluq meydanına çevirmək olmaz sosial şəbəkələri. Uşaqların, yeniyetmələrin əlində telefon, qəlyan, təsbeh, təhsil də yox. Necə olacaq bunun sonu? Təhsilin hazırki vəziyəti xaşıldır. Yalnız pul, qazanc ön plandadır. Kim nə qazandı, qazandı. Beli əyilmiş yüzlərlə arıq yeniyetmə görürəm, ikitəkərli motosikletlərdə soyuqdan tirtəyə - titrəyə dönər kiryerliyi edirlər. Solğun və miskin bənizləri, ümidsiz baxışları həyatın mahiyyətini qanan adam kimi məni silkələyir, vicdanımı titrədir, düşündürür... "Təhsil necə bərbad olur olsun, nə işim var" prinsipi ilə yaşamaq oturduğun budağı mişarlamaq kimi bir şeydir. Bağçadan məktəbə, məktəbdən universitetə kimi yenidən nizamlanmalıdır tərbiyə, təhsil”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

