adalet.az header logo
  • Bakı -°C
01 Dekabr 2025 18:38
50
HADİSƏ
A- A+

Kanalizasiya suları zirzəmiyə axır... - FOTOLAR

Bu gün Bakıda bir çox binaların zirzəmisində ciddi problemlər yaranıb! Belə ki, kanalizasiya suların zirzəmilərə axması nəticəsində  həmin yerlərdə anti-sanitariya şəraiti yaranır, ağcaqanadlar və digər həşəratlar çoxalır, birinci mərtəbələrdə  rütubətin qoxusundan insanlar olmazın əziyyətin çəkirlər.

Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, " D" massivi , bina 13- də də  uzun müddətdir ki, belə bir xoşagəlməz vəziyyət hökm sürür. Mövcud vəziyyətlə bağlı bina sakinləri və  mənzil kooperativ təşkilatının sədri  aidiyyəti qurumlara,  cümlədən Suraxanı rayon Sukanal idarəsinə müraciət edib. Və onlar da , " həmişə gəlib düzəldərik" - deyilər. İnsaf naminə deyək ki, gəliblər də. Amma nə faydası .

Bir balaca zirzəmidə əl gəzdiriblər, kanalizasiya suyu axan xəttə nə isə baglayıblar və onlar gedəndən sonra yenə vəziyyət əvvəlki kimi olub. Yəni zirzəmiyə su axmaqda davam edib. Bir neçə gün bundan əvvəl yenə həmin qurumdan uzun müddət edilən şikayətdən sonra gəldilər. Zirzəmiyə düşdülər və beş- on dəqiqədən sonra çıxıb dedilər ki, nasazlığı aradan qaldırdıq, daha ora su axmayacaq .

Onların bu sözlərindən sonra bina sakinləri sevindilər və dedilər ki, şükür Allaha bu məsələ həll olundu. Ancaq bir gün keçmədi ki, yenə zirzəmidəki üfunət iyindən durmaq mümkün olmadı.Deməli, yenə Su- kanal İdarəsinin qəza xidmətinin  əməkdaşları işə məsuliyyətsiz yanaşıblar.Onlar düşünmürlər ki, zirzəmiyə kanalizasiya sularının uzun müddət axması bir neçə ildən sonra o binanın çökməsinə səbəb ola bilər.

Bina sakinlərindən bir neçə nəfər zirzəmiyə girib, ora baxış keçirdi və məlum oldu kı, yenə zirzəmiyə kanalizasiya  suları axır. Onlar oradakı görüntünü çəkib  sakinlərə payladılar. Və biz də bu görüntü, şəkilləri bir daha aidiyyəti qurumun, eləcə də oxucuların diqqətinə çatdırırıq. Ki, görsünlər 13 nömrəli binanın zirzəmisinə su axır, yoxsa, axmır?!

Emil Faiqoğlu