“Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında strateji körpü rolunu oynayır”
“Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirak edəcək. Noyabrın 16-da Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşü keçiriləcək. Artıq Mərkəzi Asiya ölkələri siyasi, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməklə, regional siyasi transformasiyanın aparıcı iştirakçılarına çevrilir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, indiyədək keçirilən məşvərət görüşlərində aparılan müzakirələr regiondaxili inteqrasiyanı gücləndirməklə yanaşı, Mərkəzi Asiya ölkələrinin beynəlxalq müstəvidə daha aktiv rol alması üçün yeni imkanlar yaradıb:
“İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni geosiyasi nizam, eləcə də Zəngəzur dəhlizinin gündəmə gəlməsi, ABŞ-nin Cənubi Qafqaza və Mərkəzi Asiyaya diqqətini daha da artırdı. ABŞ-nin Zəngəzur dəhlizi (TRİP marşrutu) icarəyə götürməsi və Mərkəzi Asiya liderləri ilə keçirilən sammitdə əldə edilən razılaşmalar regionda siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığında yeni mərhələnin başlanğıcıdır. Azərbaycan prezidenti İlham Əliyevin fəxri qonaq qismində Məşvərət Şurasına dəvət olunması da təsadüfi deyil”.
Politoloq bildirib ki, Azərbaycan bu gün Mərkəzi Asiya ilə Qərb arasında strateji körpü rolunu oynayır:
“Transxəzər Nəqliyyat Marşrutu region ölkələrini birləşdirən əsas logistika xəttinə çevrilib və Azərbaycan bu xəttin mərkəzi halqasıdır. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında siyasi-iqtisadi yaxınlaşma həm regional inteqrasiyanı gücləndirir, həm də yeni qlobal siyasi nizamda ortaq maraqların formalaşmasına xidmət edir. Nəticə etibarilə, Mərkəzi Asiya ölkələrinin Qərblə əməkdaşlığı genişləndirməsi, həmçinin yeni nəqliyyat və enerji layihələrinə qoşulması regionun strateji əhəmiyyətini artırır və Rusiya ilə Çinin bölgəyə təsir imkanlarını neytrallaşdırlmasına xidmət edir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05


Bakı -°C

