Yenə bahalıqdı...
Payız mövsümündə bir çox meyvələrin qiyməti adətən aşağı enir, yəni ucuzluq yaranır. Amma deyəsən , bu payız belə deyil. Baş çəkdiyimiz bir neçə bazarda bahalıq gördük və təəccübləndik.
Məsələn, ən çox ucuzluq olan " 8 kilometr" bazarında belə bahalıqdı. Alma , armud, mandarin, xurma, naringi... o qədər də ucuz deyil.Əvvəllər kilosu bir manata ola mandarin indi 1 manat , 50 qəpiyə satılırdı.Eləcə də alma,armud, xurma heç də qiymətinə görə baha idi. Yaxşı narın kilosu 2 manatdan aşağı deyildi. Alıcılar isə məhsullara diqqətlə baxır, baha olduğu üçün oradan uzaqlaşırdılar.
Bazarlıq eləmək üçün gələn Nərgiz xanım dedi ki, qiymətlərə baxıram çox bahalıqdı. Demək olar ki, bütün meyvələrin qiyməti artıb. Mən bazara balıq almaq üçün gəlmişdim, balıq aldım, amma mer- meyvə almağa pulum çatmadı. Aldığım pensiya pulunun hamısını bazarda xərclədim.
Gərək elə edim ki, ayı başa vurun.360 manatla dolanmaq olar? Bu pulu verəsən o pensiya təyin edənlərə, görüm çox yox 10 gün dolana bilərlərmi! Beş manat pensiya artır, on beş manat qiymətlər. Gəl, indi , bunu çatdır, görüm necə çatdırırsan! Bax , belə ! Rəyin öyrəndiyimiz əksər sakinlər bazalrlardakı bahalıqdan narazılıq elədilər.Bəs onda bazarlarda ucuzluq nə vaxt yaranacaq ki, camaat razı qalsın? Bunu isə zaman göstərəcək!
Emil Faiqoğlu
Digər Xəbərlər
11 Mart 2026 13:52
"Azərbaycanda pay torpaqları sahəsi olduqca kiçikdir" - Nazir
11 Mart 2026 12:36
Dövlət bağçası, yoxsa özəl bağça?!
11 Mart 2026 12:08
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
11 Mart 2026 12:00
Daha 184 nəfər doğma yurda döndü - YENİLƏNİB
11 Mart 2026 11:47
“8 Noyabr”dakı dəmiryolu sökülür - Mikrotunel tikiləcək - VİDEO
11 Mart 2026 10:00
Qubanın üç kəndinin adı dəyişdirilə bilər
10 Mart 2026 20:18
Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO
10 Mart 2026 17:43


Bakı -°C

