Avtomobildən bayıra atılan əşya...
Biz belə hadisələrin respublikanın avtomobil yollarında və Bakıda tez - tez şahidi oluruq. Götürürük ki, hansısa maşının pəncərəsini aşağı saldılar və ordan bayıra bir tullantı, ya da başqa bir əşya atdılar. Bu, ətrafı çırkləndirməklə yanaşı, həm də avtomobil yollarında digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaradır.
Yəni, belə məsuliyyətsiz hərəkətdən arxadan gələn hər hansı avtomobil sürücüsü təhlükə ilə üzləşir.Təbii ki, bu qanun pozuntusu ilə bağlı İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub. Başqa sözlə demiş olsaq avtomobildən atılan tullantıya görə , hər hansı sürücü 50 manat cərimə edilir.
Heç şübhəsiz ki, Baş Dövlət Yol Polisi İdarəsi mütəmadi olaraq hərəkət iştirakçılarını və sürücüləri maarifləndirir. Əlbəttə , bu tədbirlərin bu və ya digər dərəcədə müsbət təsir də olur. Belə ki, aparılan profilaktik tədbirlər nəticəsində əvvəlki vaxtlara müqayisədə avtomobillərdən ətrafa tullantıların və əşyaların atılması faktları azalıb. Və bir də hər bir sürücünün sürücülük mədəniyyəti olmalıdır. Əgər o mədəniyyət yoxsa, heç şübhəsiz, belə xoşagəlməz hadisələr çoxalacaq.
Amma fakt faktlığında qalır ki, hər bir hərəkət iştirakçısı öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidir!!! Hər halda, yüksək mədəniyyət insanlar arasında bir- birini daha yaxşı anlamağa kömək edir!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
09 Noyabr 2025 17:20
Kəndlər boşalır, cənablar!
09 Noyabr 2025 16:54
Asma körpü də problemi həll etməyəcək...
09 Noyabr 2025 16:37
Bəzi yollarda görmə məhdudlaşacaq
09 Noyabr 2025 15:04
Dövlət Bayrağı Günü münasibəti ilə fləşmob təşkil olunub - VİDEO
08 Noyabr 2025 08:59
Şuşanın azadlığının 5-Cİ İLİ...
07 Noyabr 2025 17:52
Milli Qəhrəman adı verilən Vaqif Qurbanov haqqında maraqlı faktlar
07 Noyabr 2025 16:51
Toyunda özünə şəhidlik arzulayan qəhrəman - Əfsanəvi kəşfiyyatçı Pəncəli Teymurov
07 Noyabr 2025 16:39


Bakı -°C

