“Mən belə bir cəmiyyət heç yerdə görməmişəm...”
“Biz bir “Təkərli kitab dükanı” yaratdıq ki, ölkəni gəzsin, kitabı unudulmağa qoymasın. Çox yerdə özümüzə qarşı təpki gördük. Harada dayanırsa, o yerin bir sahibi çıxır ki, burda dayanmaq olmaz. Dövlət idarəsinin qarşısıdır – dayanmaq olmaz. Marketin qarşısıdır – dayanmaq olmaz. Beş il oldu, təkərli kitabı məhələlərə və regionlara çıxardıq. Bir yerdə də səlahiyyət sahiblərindən “xoş gəldiniz” eşitmədik”.
Adalet.az xəbər verir ki, bunu “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu deyib.
“Hər yerdə zabitə süngüsü, hər yerdə sorğu-sual. Digər tərəfdən də insanların biganə münasibəti, kitaba ikrah doğuran nəzərləri. Amma uşaqların sevincini gördük. Məhz budur, əlimizi soyutmayan. “Təkərli kitab dükanı” Sumqayıtda bir məhlədən qovulub, o biri məhləyə gedir. “Bağça şəhər” evlərinin komendantı sakinlər adından 102-yə şikayət edib ki, “Təkərli kitab dükanı”nı məhləmizdə görmək istəmirik. Mən belə bir cəmiyyət heç yerdə görməmişəm və heç kəsə də arzulamıram. İnsanlıq üçün ən təhlükəli bəla ilə üzüzəyik- CAHİLLiK!”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Oktyabr 2026 14:21
Əli Bağışın “Dörd tabut” hekayəsi 13 dildə çap olundu – FOTO
12 Oktyabr 2026 12:04
ƏDALƏT – ƏXLAQIN ƏN ALİ PİLLƏSİDİR
10 Oktyabr 2026 17:40
"Məndən ötdü...": tarix poetik şedevrin aynasında
10 Oktyabr 2026 13:00
“Gəlin, ayağımızın altında yatın, baxaq görək, divarın o üzündə nə baş verir?”
10 Oktyabr 2026 12:42
“Şeytana daş atanlar” türk dilində
09 Oktyabr 2026 17:06
“Ədəbiyyat aləminə səyahət” adlı kitab sərgisi keçirildi
09 Oktyabr 2026 10:17
“Hansı qurum şəhərdə başörtüsündə gəzən xanımlara güldən ağır söz deyir?”
08 Oktyabr 2026 20:06


Bakı -°C

