“Şuşanın işğaldan azad olunması Azərbaycan tarixinə...”
“Sabah Şuşa şəhəri günüdür. Şuşanın işğaldan azad olunması Azərbaycan tarixinə həmçinin Zəfər Günü kimi düşdü. Bu tarixi gün regionda yeni düzənin formalaşmasının başlanğıcı idi. Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Qarabağı, Şuşanı işğaldan azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, möhtərəm Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Ərazi bütövlüyü və suverenloyimizin banisi Milli Liderimiz, onu reallaşdıran isə Müzəffər Ali Baş Komandanımız və Şanlı Ordumuz oldu”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, Şuşanın işğaldan azad olunması ilə yeni düzənə daxil olan Qafqazda artıq əməkdaşlıq mərhələsi formalaşmaqdadır. Azərbaycan sülh gündəliyinə sadiqdir və regionda sülh və stabilliyi dəstəkləyir:
“Azərbaycan ərazisindən keçməklə yük qatarının Ermənistana daxil olması məhz bu niyyəti bir daha təsdiq edir. Hazırda işğaldan azad olunan ərazilərimizdə 60 minə yaxın vətəndaşımız yaşayır və işləyir. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan keçmiş məcburi köçkünlərin sayı isə 16 mindən çoxdur. Gələn ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq. Azərbaycan dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına artıq 22 milyard manatdan çox vəsait ayrılıb. Bu il ən azı 4 milyard manat işğaldan azad olunan ərazilərimizin bərpasına yönəldiləcək”.
Onun sözlərinə görə, gələn il isə işğaldan azad olunan ərazilərimizin bərpasına 3.5 milyard manatın ayrılması proqnozlaşdırılır. 2026-2029-cu illərdə isə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 13,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Artıq işğaldan azad olunan ərazilərimizə sərmayə cəlbi də sürətlənməkdədir. Yalnız Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına 50 milyon manatdan artıq sərmayə cəlb edilib. Bu Qarabağda iqtisadiyyatın formalaşması və reintqerasiya mərhələsindən xəbər verir. Qarabağ iqtisadiyyatın əsas inkişaf drayverlərindən birinə çevrilməkdədir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
07 Noyabr 2025 11:46
“Bu qələbə təkcə torpaqların işğaldan azad edilməsi deyil...”
07 Noyabr 2025 10:57
Sülh, inkişaf və təhlükəsizlik missiyası
07 Noyabr 2025 10:39
Şahbaz Şərif Azərbaycana gəlir
07 Noyabr 2025 08:02
Sahibə Qafarova Quterreş və Lula da Silva ilə görüşdü - FOTOLAR
07 Noyabr 2025 07:56
Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti ilə görüşdü
07 Noyabr 2025 07:52
Trampın xüsusi nümayəndəsi İlham Əliyevdən danışdı - "Heyrətamiz liderdir" - VİDEO
06 Noyabr 2025 21:47
Pakistandan Azərbaycana Zəfər Günü jesti... - VİDEO
06 Noyabr 2025 21:34


Bakı -°C

