Qarabağ Universitetində tədbir
27 Sentyabr - Anım Günü ilə əlaqədar Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Zəfər zəngi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Tədbirdə Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin Həmkarlar İttifaqının rəhbərliyi və əməkdaşları, şəhərdə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, qazilər, şəhid ailələrinin üzvləri, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Tədbirə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru Xəyalə Məmmədova və mütəxəssisi Pərvanə Xıdırova da dəvət olunub.
Öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filmin ssenari müəllifi, əməkdar jurnalist Afət Telmanqızı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, əsgər və zabitlərimizin 44 günlük zəfər yolundan, xalqımızın sarsılmaz birliyindən danışıb, filmin işğaldan azad edilən Xankəndi şəhərində nümayiş etdirilməsinin xüsusi qürur və rəmzi məna daşıdığını bildirib.
Sonra iştirakçılar “Zəfər zəngi” sənədli filminə baxıblar. Tədbir çərçivəsində həmçinin Xankəndi, Ağdərə və Xocalı rayonlarında həyata keçirilən bərpa-quruculuq işlərinə və “Böyük Qayıdış” proqramına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Təqdimatdan sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının nümayəndələri Anım Günü ilə əlaqədar Xocalı rayonunun Ballıca kəndində keçirilən ağacəkmə aksiyasında da iştirak ediblər.
Digər Xəbərlər
23 Oktyabr 2026 17:45
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23 Oktyabr 2026 16:12
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı
23 Oktyabr 2026 13:14
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya sahəsində təhsil almaq istəyən gəncləri konfransa dəvət edir
22 Oktyabr 2026 16:07
Emin Əmrullayev: Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur
22 Oktyabr 2026 14:33
Azərbaycan Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur
21 Oktyabr 2026 18:21
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLAR
21 Oktyabr 2026 09:44
Dünyanın ən qədim universitetləri - Siyahı
20 Oktyabr 2026 10:44


Bakı -°C

