Avrokomissiya reqlamenti dəyişir
Bildiyiniz kimi, Avropanın antirusiya sanksiyaları altı aydan bir yenilənir. Müddətin uzadılması üçün konsensus-Avropa İttifaqına üzv olan 27 dövlətin razılığı olmalıdır.
Bəzi ölkələrin antirusiya sanksiyalarının qəbul edilməsində çətinliklər yarada biləcəyini nəzərə alaraq, Avrokomissiya müddətin uzadılması mexanizmini sürətləndirmək məqsədiylə relamentdə dəyişikliklər etməyə hazırlaşır.
"Macarıstanın yeni sanksiyaların qəbul edilməsi qərarlarına veto qoya biləcəyi risklərini azaltmaq üçün, reqlamentin dəyişilməsinə ehtiyac var"- deyə Politico mətbu orqanı yazır.
Avrokomissiyanın rəhbəri Ursula fon der Lyayen, bu günlərdə Ukraynaya göstəriləcək yardımları, Rusiyanın dondurulmuş aktivləri hesabına ödəməyi təklif edib. Lakin, hazırki reqlamentə görə, bu qərara üzv dövlətlərin hamısı yekdilliklə səs verməlidirlər. Macarıstanın rusiyayönümlü mövqe tutması, yeni antirusiya paketinin qəbul olunmasında problemlər yarada bilər. Məhz buna görə, reqlament dəyişikliklərinin qəbul ediləcəyi gözlənilir.
Rüstəm Hacıyev
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

