adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Dekabr 2019 15:09
5133
MƏMLƏKƏT

Qusarda “Sosial sahibkarlıq-region gəncləri üçün yeni imkanlar” adlı layihəsi çərçivəsində tədbir keçirildi

"Müasir Gənclikvə Sosial İnkişaf” İctimai Birliyi dekabrın 5-də Qusar rayonunda tədbirkeçirib. Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sosial sahibkarlıq-region gəncləriüçün yeni imkanlar” adlı layihə çərçivəsində reallaşan tədbirdə QHT rəhbərlərivə region gəncləri iştirak edib. Tədbirdə çıxış edən İctimai Birliyin sədriEtibar Əsəsdov ölkəmizdə sosial sahibkarlıqla bağlı görülən işlərdən danışıb. Bildiribki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu sahə üzrə ciddi nailiyyətlərəldə olunub. Keçirilən bu tədbir də gənclərin sosial sahibkarlıqla bağlı ciddimaariflənməsinə yönəlib.

Təlimçi Asif Ələsgərlilayihə barəsində geniş məlumat verib. Bildirib ki, layihənin məqsədi gənclərinsosial sahibkarlıq sahəsi üzrə maarifləndirilməsindən ibarətdir. Bu məqsədəçatmaq üçün Gəncə, Şəmkir, Cəlilabad, Masallı, Qusar və Quba rayonlarında tədbirlərkeçiriləcək. O, cümlədən layihə çərçivəsində çap olunmuş "Sosialsahibkarlıq-region gəncləri üçün yeni imkanlar” adlı kitabça da tədbiriştirakçılarına pulsuz paylanacaq.

A.Ələsgərli sosialsahibkarlıq və onun yaranması tarixindən danışıb. Bildirib ki, sosialsahibkarlıq ilk dəfə Banqladeş kimi kasıb bir ölkənin vətəndaşı, Nobel sülhmükafatı laureatı olan Muhamməd Yunus tərəfindən yaradılıb. Sosialsahibkarlığın təsisçisi olan M.Yunus həmçinin "Gramer Bank”-ın təsisçisidir.