Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək
Bu ilin noyabrın 17-21-də quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bilidirilib ki, monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Monitorinqlər çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar "Epicollect 5" proqramına daxil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələri aparılacaq.
Digər Xəbərlər
12 Noyabr 2025 12:48
Bu qızların yazdığı mesajları açmayın - BƏLAYA DÜŞƏ BİLƏRSİNİZ
12 Noyabr 2025 11:21
Bayram günlərində nə qədər sərnişin daşınıb?
12 Noyabr 2025 09:25
Kiçikhəcmli gəmi istifadəçilərinin NƏZƏRİNƏ!
12 Noyabr 2025 09:18
Yollarda görünüş məsafəsi məhdudlaşıb
12 Noyabr 2025 09:00
Bakı dumanlıdır - FAKTİKİ HAVA
10 Noyabr 2025 17:00
Sumqayıt sakinlərinə şad xəbər - Bakıya gələn yeni marşrut xətti açılır
10 Noyabr 2025 16:00
" Azəristiliktəchizat" niyə köhnə rejimlə işləyir?
10 Noyabr 2025 12:17


Bakı -°C

