Qurban Qurbanovdan daha bir sərt qərar
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının hücumçusu Mahir Mədətovu cəzalandırıb.
Qol.az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı hücumçu əvəzedici heyətə göndərilib. Q.Qurbanov Mahirin hazırda lazımi formada olmadığını əsas gətirərək bu qərarı verib.
Qeyd edək ki, M.Mədətov "Qarabağ”ın "Kəpəz”ə qarşı ötən şənbə Premyer Liqada keçirdiyi görüşün iştirak ərizəsində olmayıb.
sport7.az saytı isə məlumat yayıb ki, M.Mədətov məşqə gecikdiyi üçün Q.Qurbanov onu əvəzedici heyətə göndərib. Onun əsas komandaya nə vaxt dönəcəyi hələ bilinmir.
Qeyd edək ki, bu yaxınlarda Q.Qurbanov Elvin Yunuszadəni də əvəzedici heyətə göndərmiş, lakin sonradan onu bağışlamışdı.
Digər Xəbərlər
03 May 2024 23:04
UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirildi
03 May 2024 16:37