Qurban Qurbanov: "Ola bilsin ki, zədəsi ciddi olsun"

Misli Premyer Liqasının 15-ci turunda "Neftçi" "Qarabağ"a məğlub oldu - 0:3.
Adalet.az Offsideplus.az-a istinadən bildirir ki, oyundan sonra qonaqların çalışdırıcısı Qurban Qurbanov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis qələbə haqda bunları söylədi:
"Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. İstəyirdik ki, yaxşı oynayaraq nəticə qazanaq. İlk hissədən razı qalmadım. Çox yaxşı atmosferdə oynadıq. Ümumiyyətlə, həmişə burada maraqlı oyun keçir. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Romao zədələndi. Ayağı şişdi. Ola bilər ki, durumu ciddi olsun. Çünki ayağı çox şişmişdi. Sabah dəqiq bilinəcək. Elvində ikinci sarı vərəqəyə görə ehtiyat etdim. Düşündüm ki, yenə cəzalana bilər. Birinci qol epizodunda sarıya əsəbiləşdim. Onlar azarkeşlərə heç nə etmirdilər. Kim-kim Leo? Elçin də etirazla razılaşdı. Əliyar niyə belə etdi, bilmədim. Sadəcə, onlar həmişə qoldan sonra elə şəkil çəkdirirdilər".
Digər Xəbərlər

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM

“Neftçi”nin şikayəti təmin edilmədi

"Arnold" 1 ay oynaya bilməyəcək

Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı
