adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Sentyabr 2014 14:00
16451
GÜNDƏM

Qurban bayramında maraqlı təsadüf

İslam aləmində ən müqəddəs bayramlardanbiri olan Qurban bayramının ərəfəsindəyik. İnsanları halallığa, paklığa, xeyirxahlığa səsləyənQurban bayramının əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıqheyvanın ətini imkansız bəndələrlə bölüşmək, onları sevindirmək dayansa da, bizmüsəlmanlar yanlış əməllərimizlə burda da Allahın etimadını doğrultmuruq.Xüsusilə qurbanlıq heyvanların yanlış kəsimi, dini qaydalara düzgün əməlolunmaması, kəsilən heyvan cəmdəklərinin yolboyu "sərgi"si, üstəlik natəmizlik vədaha nələr, hər il bayram ərəfəsində gündəmə gətirilsə də, bunun qarşısınınalınmasında müxtəlif tədbirlər görülsə də nəticə qənaətbəxş olmur. Səbəb isə, əslində,sadədir: əksər "müsəlmanlar” Qurban bayramını Allah və onun ehtiyaclı bəndələriüçün deyil, öz nüfuzunu, zənginliyini nümayiş etdirmək üçün edirlər. Üstəlik bıçaqaltındakının da can olduğunu unudurlar.

Bu il də Qurban bayramı ilə əlaqədar müzakirələr,mülahizələr artıq başlayıb və bayram bitənədək  də, güman ki, davam edəcək. Amma bu dəfə digərbayramlardan fərqlənən bir məsələ diqqəti çəkir. Buna inanılmaz təsadüfmü deyək,Allahın bəndələrinə bir işarəsimi, bilmirəm: bunu şərh etməyi artıq sizlərinixtiyarına buraxıram. Məsələ burasındadır ki, bu il Qurban bayramının ilk günü –oktyabrın 4-ü Dünya Heyvanları Qoruma Gününə təsadüf edir! Bəlkə də Allahın vəhşiliyə yol verən, dini şərtlərdən kənara çıxan bəndələrinə çağırışıdır?! 

Heyvansevərlər vəonların haqlarını qoruyanlar da bayramın belə bir günə düşməsini fürsət bilərəkrastlanacaq (!) xoşagəlməz görüntüləri önləmək üçün artıq Türkiyədə hərəkətəkeçiblər: təbliğat, maarifləndirmə işləri aparır, qəssablıq peşəsi olmayanlarınheyvan kəsimindən uzaqlaşdırılmasını, uşaqların qurban kəsilən ərazilərdən kənartutulmasını tələb edirlər.  

Qeyd edək ki, heyvan haqları 83 ildir ki, qorunur.Dünya heyvansevərləri ilk dəfə 1931-ci ildə bir araya gələrək oktyabrın 4-nüHeyvanları Qoruma Günü olaraq təyin ediblər.  

Türkiyənin Diyanət İşləri və Heyvan HaqlarıFederasiyası (HAYTAP) qurban kəsiminin bir dini şərt və inanc olduğunu qeyd edərək,kəsimlərdə mümkün qədər heyvanlara əziyyət verilməməsini ölkə əhalisindənxahiş edib. "İbadət vəhşətə çevrilməməli” çağırışı ilə xalqa müraciət edənHAYTAP Qurban bayramına əsla qarşı çıxmadıqlarını, sadəcə olaraq insanları İslamın şərtlərinədoğru riayət etməyə və heyvanın da bir can olduğunu unutmamağa çağırıb: "Vicdansahibi olan hər kəsi İslama yaraşmayan, gözəl dinimizə ləkə salan görüntülərdənvə vəhşilikdən uzaq olmağa səsləyirik. İbadət adı altında heyvanları diriykənqarmaqdan asan, qaçmasın deyə qabaqcadan yaralayan, uyğun olmayan yerlərdə kəsən naşı, rəhmsiz qəssablar, Allah qəzəbindən qorxun və İslama kölgəsalmayın!”

Yeri gəlmişkən, Azərbaycan dindarları da Qurbanbayramı münasibətilə öz tövsiyələrini veriblər. Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) Qazılar Şurası yaydığı açıqlamasında Azərbaycan xalqını və bütünmüsəlmanları təbrik edərək vurğulayır ki, Müqəddəs Qurban bayramı əsrlər boyuinsanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinəxidmət edir.

QMİ-nin Qazılar Şurası tövsiyə edir ki, bu müqəddəs bayram günlərində kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin qurbanların uşaqların gözü qarşısında kəsilməməsi məsləhətdir.

Həmçinin diqqətə çatdırılır ki, Qurbanətinin satılması haramdır. Bir qayda olaraq, qurban kəsərkən heyvanı üzü qibləyəuzatmaq lazımdır. Heyvanın boğazına qoyulan bıçaq iti olmalıdır. Heyvankəsilərkən "Bismillahi və billahi vəllahu əkbər” deyilməlidir. Daha yaxşıolar ki, Qurban duası oxunsun.

P.S Allah qarşısında öz borcundan ləyaqətlə çıxan, ibadətdən öz nüfuzu üçün istifadə etməyən bütün həqiqi müsəlmanların kəsdiyi qurbanlar qəbul olunsun, inşallah!