"Azəriqaz": Avqustda əhali sektoru üzrə 6 131 yeni abonent qeydiyyata alınıb
Cari ilin avqust ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6131 yeni abonent qeydiyyata alınıb.
Birlikdən Adalet.az-a bildirilib ki, bundan 4961 abonent Bakı, Abşeron və Sumqayıt, 1170 abonent regionların payına düşür. Bu ilin 8 ayı ərzində isə (yanvar-avqust) əhali sektoru üzrə qeydə alınan abonentlərin ümumi sayı 48 min 519-a bərabər olub. Beləliklə, hazırda “Azəriqaz” İstehsalat Birliyinin əhali abonentlərinin sayı 2 milyon 297 min 639 təşkil edir.
Qeyd edək ki, cari il ərzində qeyri-əhali sektoru üzrə 627 məscid və dini məbədin hər birinə illik 5000 kubmetr təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb.
Digər Xəbərlər
02 May 2024 09:43
Bu günə olan valyuta məzənnələri
30 Aprel 2024 13:51Azərbaycana gələn turistlər bu rayonlara üz tutur - AÇIQLAMA
30 Aprel 2024 12:52“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel 2024 10:56Dünya bazarlarında neft ucuzlaşdı
29 Aprel 2024 18:17