Qubada Allahın evi baxımsız halda

Quba rayonu Xənəgah kənd məscidi yarasız halda olması ilə bağlı redaksiyamıza məlumat daxil olub. Məlumata görə, 1 əsrlik yaşı olan məscidin tavan, divarlarının uçulub dağılması üzündən burada ibadət etmək mümkün deyil. Kənd sakinlərinin dediyinə görə, uzun illərdir ki, baxımsız qalan məscid bir zamanlar nəinki ölkə əhalinin eyni zamanda xarici turistlərində ən sıx gəldiyi ərazilərdən olub. Quba rayon icra hakimiyyətinin başçısı onsuzda qəzet oxuyan deyil. Yazdıq ki, bəlkə allahın böyüklüyünü dərk edən başçı aidiyyatı qurumlar qarşısında bir məsələ qaldıra. Günahlarını bununla yumuş ola.
Mövzunu diqqətdə saxlayacayıq.