Qoşa dəyər: Müşfiq və SÖZ

Zaman göstərdi ki, gözəl , insanın qəlbini çalıb- dəlib keçən poeziya Azərbaycan ədəbiyyatında bütün dövrlərdə olub! Sözün həqiqi mənasında, Azərbaycan xalqı çox istedadlıdır!Xalqımızın poeziyasına , SÖZ zirvəsinə heç bir xalqın poeziyası çata bilməz!
Amma hamımız bunu da dəqiq bilirik ki, biz SÖZ -lə bərabər o sözün yaradıcısının şəxsiyyətini, xarakterini, əqidəsini də sevirik! Yaxud da heç sevmirik!
Uzaqbaşı şeiri əzbərdən söyləyirik, şeir bitəndə isə təəssüflə qeyd edirik: gözəl, ürəkləri riqqətə gətirən şeirdir! Heyf ki, bu şeirin müəllifi filankəsdi, o da heç adam deyilmiş!"
Amma Mikayıl Müşfiq həm söz karvanının sahibi olmaqla , həm də, şəxsiyyəti, xarakteri, əqidəsi ilə SÖZ qədər sevilən istedadlı insandır!
Yaltaq, şər danısan, dosta torba tikən, həmkarı satan, xalqa yuxarıdan aşağı baxan olsaydı, düz 86 il böyük sevgi və ehtiramla anılmazdı! Mənim üçün Mikayıl Müşfiq ona görə sevilir ki, SÖZü ilə ust- üstə düşür! 2 dəyər bir yerdədir. SÖZ və Mikayıl Müşfiq!
Ruhun şad olsun, əqidəli, ləyaqətli insan! SÖZ Sərrafi!
SEVGİLƏR
Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.
Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var…
Sevgi şarkısı
Çiçəklər məftunu bir bülbüləm ki,
Gözlərim baxçanın gülünə düşmüş.
Qəhrini çəkdiyim gülün surəti
Xəyalımın sakit gölünə düşmüş.
Onunçün çırpınır qolum-qanadım,
Onu yerdə deyil, göydə aradım.
Gör nə bədbəxtəm ki, axırda adım
Xırda uşaqların dilinə düşmüş.
Orda-burda keçdi gənclik həyatım
Hər yandan bağlandı rahi nicatım.
Mənliyim, şərəfim, müqəddəratım
Bir dəli ceyranın əlinə düşmüş.
Böyük ehtiramla: Əntiqə Rəşid
Digər Xəbərlər

Akif İslamzadənin oğlunun toyu oldu - VİDEO

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər - FOTOLAR

Leyla Əliyeva Maqsud İbrahimbəyovun yaradıcılıq gecəsində - FOTOLAR

Bakıda Vətən müharibəsinə həsr olunan filmin epizodları çəkiləcək

Alban-Udi Xristian icmasının din xadimləri TİKA-nın dəstəyi ilə Türkiyədə təlimdə iştirak edib – FOTOLAR

Fəxrəddin Manafov və İlham Qasımov Şuraya üzv təyin olundular

Yoxsulluq içində ölən rəssam: Əsərləri milyonlarla dollara satılır
