QORXUNC XƏBƏRDARLIQ: III Dünya Müharibəsi BAŞLAYIR
ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya pilotsuz uçuş aparatlarının Polşa ərazisinə hücumunu təsadüf hesab etmədiyini, həmçinin Ukraynanın müharibədə uduzmayacağına əmin olduğunu bildirib.
Adalet.az-ın "European Pravda"ya istinadən verdiyi məlumata görə, bunu Kelloq Yalta Avropa Strategiyasının (YES) 21-ci İllik Toplantısında deyib.
"19 dron sərhədi keçib – bu, təsadüf ola bilməz. Ola bilər bir hədəf səhv seçilsin, iki ola bilər, amma 19 yox", - Kelloq qeyd edib.
Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin məqsədli hərəkət edir, o, siqnal göndərir və cavab eşitmək istəyir.
"Əgər biz tarixdən dərs çıxarmasaq, o zaman Üçüncü Dünya müharibəsinə doğru irəliləyəcəyik", – Kelloq deyib.
O, Rusiyanın müharibədə qalib gəlməyəcəyinə də əmindir: "Ukrayna bu müharibədə uduzmayacaq. Ukraynalıların Rusiya qarşısında mənəvi üstünlüyü var, bu, göz qabağındadır".
Kelloq Pekinin Moskvaya dəstəyini tam dayandırmasının Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmasına gətirib çıxaracağını vurğulayıb.
Digər Xəbərlər
16 Sentyabr 2026 16:14
"İranla müharibə ABŞ-yə baha başa gəlir"
16 Sentyabr 2026 16:10
Kosovonun eks-liderinə 25 il həbs cəzası verildi
16 Sentyabr 2026 15:22
Amerikalılar İranla münaqişə fonunda 107 milyard dollar yanacaq alıblar
16 Sentyabr 2026 14:47


Bakı -°C

