adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Iyun 2017 13:15
15481
GÜNDƏM

QONŞUNUN EVİ YANIRSA

İranın Ermənistansiyasəti, məscidlərdə donuz saxlayan ermənilərə sevgisi təbii ki, xalqımız tərəfindənxoş qarşılanmır və bu ölkəyə münasibət birmənalı deyil. Amma İran bizim çəpər qonşumuzdu,həm də dini baxımdan, mədəniyyət, adət-ənənəbaxımından çox ortaqlığımız var. Həm də bu ölkənin əhalisinin yarıdan çoxutəkcə din qardaşlarımız deyil, həm də qan qardaşlarımızdı. Bu ölkə həm də azərbaycanlıların ölkəsidi. Və bu ölkə bu gün varsa və bir qüdrətli dövlətdirsə, bu şahismayılların,nadirlərin, qacarların hesabınadı.

Bosfort yazır: «AğaMəhəmməd şah Qacar cəmi üçcə il (1794-1797) İranın rəsmi şahı olub. Amma o, qısabir zamanda elə bir qüdrətli dövlət yaradıb ki, bugünki İran öz varlığına görə Qacaraborcludur».

Siyasətə çox girməyək.Məsələ ondadır ki, bu gün məlum dövlətlər, o cümlədən məlum dövlətlərin aftafa götürənləri,yəni ərəb dövlətləri İranı qarışdırırlar. Dəhşətli terror hadisələri baş verir. Qısası, İrana od vurmaqistəyirlər. Qonşunun evi yanır, inanmırambu yanğın bizə keçə. Amma başqa bir məsələ var. İran yanarsa ordakı qardaşlarımız,əmioğullarımız, dayıoğullarımız, xalaoğullarımız son ümid yeri olan Azərbaycanaqaçmaq məcburiyyətində qalacaqlar. Təbii ki, Azərbaycan dövləti də qapılarını heçvaxt onların üzünə bağlamaz. Bu isə bir milyon, iki milyon insan deməkdi. Ona görədə İranda baş verən hadisələrə biganə qalabilmərik.

Qələm dostlarımız,İranla bağlı məsələdə diqqətli olun! Biz İrandakı hadisələrə sevinə bilmərik, ənazı orda yaşayan 40 milyondan artıq qan qardaşımızınxatirinə.