adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Dekabr 2016 21:55
19079
ŞOU-BİZNES

Qonorarım həddindən artıq çoxdur

Əməkdar artist Abbas Bağırov rejissorlardan film təklifləri aldığını deyib.

Adalet.az-ın məlumatına görə, müğənni "MUZ TV”yə açıqlamasında bildirib ki, yüksək qonorara tələb edir:

"Məni dəvət etməkləri rejissorlara baha başa gəlir. Qonorarım həddindən artıq çoxdur. Müəyyən filmlərə təklif ediblər, sadəcə olaraq rol məni qane etməyib. Həmişə polis, detektiv rolunda olmaq istəmişəm. Cinayətkarları axtaran bir şəxsi oynamaq istəyirəm. Həyatda o cür olmaq istəmərəm. Romantik janrda da olar, tərəf müqabilləri çoxdur".