adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 May 2020 22:24
18534
İDMAN

“Qol vurduğuma təəccüblənmədim” - Erlinq Haaland

"Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Haaland bundesliqanın dünən bərpa olunan 26-cı turunun matçında qol vurmaqda davam edib.

Qol.az xəbər verir ki, norveçli futbolçu "Şalke”yə qalib gəldikləri oyunda (4:0) komandasının ilk qolunun müəllifi olub. Bununla da o, hazırkı çempionatda qol sayını 10-na çatdırıb.

Oyundan sonra Bundesliqanın saytına açıqlama verən 19 yaşlı futbolçu deyib: "Təbii olaraq, əvvəlki formamda deyiləm. Həftələrdir oyun keçirmədim. Amma bu müddətdə fəal şəkildə məşq etmişəm. Ona görə də qol vurduğuma təəccüblənmədim”.