Qoca tülkü hər şeyi hiss edərək İrəvanda Avropaya çağırış etdi
Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Avropa Siyasi Birliyinin 2026-cı ilin mayında İrəvanda keçirilməsi planlaşdırılan sammiti ilə bağlı müxalifətə ciddi çağırış edib.
Adalet.az musavat.com-a istinadən xəbər verir ki, o, müxalif qüvvələri bütün daxili ziddiyyətləri bir kənara qoyaraq Avropa tərəfinə birgə məktubla müraciət etməyə və sammitin təxirə salınmasını tələb etməyə səsləyib.
Oskanyan bildirib ki, parlament seçkilərinə cəmi bir neçə həftə qalmış belə yüksək səviyyəli beynəlxalq tədbirin keçirilməsi istənilən halda baş nazir Nikol Paşinyanın legitimləşdirilməsi kimi yozulacaq. Onun fikrincə, bu proses hakimiyyətin əlini daha da gücləndirir və müxalif düşərgəyə qarşı repressiyalar, eləcə də azad medianın sıxışdırılması üçün siyasi zəmin yaradır.
Sabiq XİN rəhbəri vurğulayıb ki, təşəbbüskarların real niyyətindən asılı olmayaraq, Avropa Siyasi Birliyi sammitinin bu vaxtda keçirilməsi Ermənistanın daxili siyasi proseslərinə açıq müdaxilə təsiri bağışlayacaq. Oskanyanın qənaətincə, Avropa bu addımla faktiki olaraq seçki prosesində Paşinyan hakimiyyətinə üstünlük vermiş olacaq.
O, əlavə edib ki, müxalif qüvvələr istəsə, Avropa qurumlarına ünvanlanacaq və sammitin azı iki ay təxirə salınmasını nəzərdə tutan müraciətin layihəsinin hazırlanmasında şəxsən kömək göstərməyə hazırdır. Sammitin İrəvanda keçirilməsi planı Ermənistan daxilində siyasi müzakirələri daha da qızışdırıb.
Digər Xəbərlər
05 Yanvar 2026 22:53
Britaniyada süni intellektlə bağlı X platforması üzrə araşdırma aparılır
05 Yanvar 2026 22:10
Maduro bütün ittihamları rədd edib və özünü "hərbi əsir" adlandırıb - YENİLƏNİB
05 Yanvar 2026 22:00
Niderlandın ən böyük hava limanında yüzlərlə reys ləğv olundu
05 Yanvar 2026 21:44


Bakı -°C

