Qızılcadan ölən uşaq 3 gün əvvəl xəstəliyə yoluxub – RƏSMİ

Yusif Əliyev adına 195 saylı orta məktəbdə IV sinif şagirdinin qızılcadan ölüm xəbəri ilə bağlı bəzi detallar bəlli olub.
Adalet.az xəbər verir ki, 195 nömrəli tam orta məktəbdən verilən məlumatda görə, valideynlər övladlarının səhhətində yaranan problemlərlə əlaqədar təhsil müəssisəsinə müraciət ediblər.
Məlumatda bildirilib ki, müraciətə əsasən məktəb rəhbərliyi tərəfindən 24.11.2023-cü il tarixində Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) məlumat verilib. Məsələ ilə əlaqədar Qaradağ rayonu GEM-in işçi qrupu məktəblə sıx əməkdaşlıq aparır.
Yoluxma sayına gəldikdə isə ekspertiza və müayinələrdən sonra aidiyyəti qurumlar tərəfindən müvafiq açıqlama veriləcək.
Qeyd edək ki, məktəbin IV sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 27 noyabr tarixindən dərs prosesində iştirak etməyib. Valideyn övladının qızılca xəstəliyinə yoluxduğunu bildirib.
Şagird 30.11.2023-cü il tarixində dünyasını dəyişib. Ümumi təhsil müəssisəsindən müvafiq məlumatlar operativ olaraq aidiyyəti qurumlara verilir və həmin dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Digər Xəbərlər

Bu qidalar sağlamlığa zərər vura bilər

Səhər enerjili oyanmaq üçün nə etmək lazımdır?

Bu yaşından sonra beyin bədəni daha az hərəkət etməyə təşviq edir

Ötən il Azərbaycanda 31 körpə talassemiya xəstəliyi ilə dünyaya gəlib

“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi həyata keçirilib - FOTO

Vətəndaş məmnunluğunun ünvanı - “Buzovna” Fizioterapiya Mərkəzi

TƏBİB əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqladı - YENİLƏNİB
