“Qızıl Məryəm”in qızına hökm oxundu - 18 il həbs
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Günel Hüseynova 18 il, Ceyhun Əsgərov 19 il, Nicat Eyvazov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, dövlət ittihamçısı Ceyhun Əsgərovun 20, Günel Hüseynovanın 19, Nicat Eyvazovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.
Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı "Jewellery” zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb.
Digər Xəbərlər
27 Aprel 2024 12:57
Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmə: “Dövlət orqanlarına da girib hər kəsi güllələmək istəyirdim”
26 Aprel 2024 15:43Kamran Əliyev Ağdaşda vətəndaşları qəbul edib
26 Aprel 2024 15:33Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı
26 Aprel 2024 13:19Vəkil: Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır
25 Aprel 2024 12:32