adalet.az header logo
  • Bakı -°C
28 Sentyabr 2025 17:43
830
DÜNYA
A- A+

Qəzzada ölənlərin sayı 66 mini keçib

İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində fələstinlilər arasında ölənlərin sayı 66 mini keçib.

Adalet.az-ın məlumatına görə, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

"2023-cü il oktyabrın 7-dən bu yana ölənlərin sayı 66 005-ə çatıb və son 24 saat ərzində 79 nəfər ölüb", - nazirliyin açıqlamasında bildirilir.

Bundan əvvəl İsrail ordusu son 24 saat ərzində Qəzzaya təqribən 140 hava hücumu təşkil etdiyini bildirib.