adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 May 2023 12:13
751
MƏMLƏKƏT

Qeyri-sabit hava

Havaların qeyri-sabit keçməsi təkcə kənd təsərrüfatına deyil, nəqliyyat vasitələrinin idarə olunmasına da mənfi təsir göstərir. Çünki mürəkkəb hava şəraitində avtomobillərin sükanı arxasında əyləşmək və mənzil başına təhlükəsiz çatmaq elə də asan deyil. Bunun üçün ilk növbədə hər bir sürücü və hərəkət iştirakçısı hava şəraitini nəzərə almalıdır. Və hava şəraitinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etməlidir. Çox təəssüf ki, bir çox sürücülər metroloji duruma diqqət yetirmir və nəticədə yol hərəkəti qaylasını pozaraq, ağır qəzalar törədirlər. Respublikanın avtomobil yollarında bu cür mürəkkəb hava şəraitində sürücülər daha diqqətli olmalıdırlar. Çünki son bir neçə gündür ki, ölkəmizdə qeyri-sabit hava şəraiti davam edir, güclü külək əsir, leysan yağış yağır, dolu və qar düşür.

Həmin şəraitlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirlinin fikirlərini öyrəndik. Toğrul Nəsirli dedi ki, biz həmişə mütəmadi olaraq, havaların qeyri-sabit keçdiyi günlərdə sürücülərə xəbərdarlıq edir, onlara öz tövsiyyələrimizi veririk. Ümumiyyətlə, küləkli, yağışlı havalarda iritonnajlı maşınların sürücüləri daha çox ehtiyatlı olmalıdır. Onlar sürət həddinə əməl etməli, ara məsafəsi saxlamalı və yük daşıyan maşın boş olduqda ehtiyatı əldən verməməlidirlər. Çünki güclü külək bu cür iri qabaritli maşınları boş olarkən daha tez aşırır. Digər nəqliyyat vasitələrinin sürücüləri də belə hava şəraitində respublikanın avtomobil yollarında sürət həddinə əməl etməli, ara məsafəsi saxlamalı, manevr qaydlarını pozmamalıdırlar. Bir sözlə, hər bir sürücü metroloji şəraiti nəzərə almaldıır.

EMİL FAİQOĞLU