05 Iyul 2023 16:10
935
MARAQLI

Qəribə toy adətləri

Toy adətlərimizdən gileylənirik, amma bu qəribə toy adətləri dünyanın hər yerində mövcudur.

1. KENYAda qızının ər evində bəxti gətirsin deyə ata onun gəlinlik paltarına loppasıyla tüpürməlidir. Ümumiyyətlə bu ölkədə adamım üstünə gəlib tüpürmək həmin adama göstəriləm dərin hörmətin əlamətidir. İnanclara görə toyda tüpürmək cadunu (əgər gənclərə cadu ediblərsə) batil edir.

2. RUMINYAda gəlin toydan qabaq qaçırdılır. Bunu qızın yaxın dost-tanışları edirlər. Bəy xanımını yalnız girov pulu ödəyərək "xilas" edə bilər.

Bizdə deyəsən bəyi qaçırırlar. Yadıma Hatəmxan ağa düşdü. Amma insafən gəlinin qaçırılması daha maraqlıdır, nəinki bəyin.

3. ÇİNdə gəlin toydan bir ay qabaq hər gün bir saat ağlamalıdır. On gün sonra adətə görə qızın anası da bu ağlaşmaya qoşulur, daha on gün də keçdildən sonra bəyin nənəsi onlara dəstək olur.

Bizdə də ağlaşma qururlar. Bizdə ölü düşəndə də, toy edəndə də ağlaşma qurmaq adət halını alıb. Ər evinə qızını göndərən anaların ağlaşmasıdır ki, qız da gedir xoşbəxt olmur.

4. ŞİMALİ KOREYAda toy mərasimi qurtardıqdan sonra ailə və yaxınlar bəyin topuqlarını kəndirləyərək yalın ayağına çubuqla, bəzən də quru balıqla döyməyə başlayırlar. Bu bəyin dözümlülüyünü və xarakterini yoxlamaq üçündür.

5. KUBAda gəlinin toyda kişi qonaqlarla rəqs etməsi adi haldır. Gəlinlə rəqs edən hər kişi sancaqla onun paltarının üstünə pul sancmalıdır. Bu adət cütlüyün toy məsrəflərini qarşılamaq və bal ayına da maddi kömək üçündür.

 

Emin