adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Aprel 2024 16:20
338
DÜNYA

"Qərb minnətdar olmalıdır" - İran XİN

Həftə sonu İsrailə onlarla PUA və raketlə hücumla bağlı İrandan təəccüblü açıqlama gəlib.

Adalet.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani bununla bağlı mətbuata danışıb. 

"Qərb ölkələri İranı ittiham etmək əvəzinə, İsrailin hərbi cinayətlərinə qarşı hansı tədbirləri gördüklərini ictimaiyyətə izah etməlidirlər. Qərb İranın son aylarda təmkinli davrandığına və hücumlarını məhdudlaşdırdığına görə minnətdar olmalıdır”, - deyə o,  ifadə edib.