adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 May 2017 20:00
6724
İDMAN

Qələbəmi anama həsr edirəm

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında idman gimnastikasında komanda hesabında gümüş, fərdi hesabda qızıl medal qazanmış Murad Ağarzayev uğurlarını anasına həsr edib.

Adalet.az xəbər verir ki, bunu 18 yaşlı gimnast Trend-ə açıqlamasında deyib.

M.Ağarzayev anasının altı yaşından bəri onu dəstəklədiyini və uğuruna inandığını deyib: "Qoy bu uşaqlar üçün nümunə olsun. Mümkün olmayan heç nə yoxdur. Qoy qələbələrimiz sayəsində himnimiz səslənsin və Azərbaycan bayrağı dalğalansın”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.