“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Adalet.az-ın məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv turnirin II mərhələsində Yunanıstanda “Olimpiakos”un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 4:0. Qəbələdə gerçəkləşən ilk matçda rəqibinə 3:0 hesabə ilə məğlub olan “qırmızı-qaralar” mübarizəni dayandırıb.
Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib - 1:1, 1:0.
Digər Xəbərlər

Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırılıb - SƏBƏB

Misli Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

"Real" Alonso ilə razılaşdı - 3 illik müqavilə imzalanacaq
