“Qəbələ” cənubi amerikalı futbolçu ilə yollarını ayırdı
"Qəbələ” surinamlı futbolçusu Dion Malone ilə yollarını ayırıb.
Adalet.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıaşma ilə xitam verilib.
Ötən ilin yayından bu komandada çıxış edən qaradərili legioner cari mövsüm "Qəbələ”nin şərəfini qoruyub. Dion "qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 21 oyun keçirib. Azərbaycan Premyer Liqasında 18 matça çıxan Niderland vətəndaşı UEFA Avropa Liqasında üç oyunda iştirak edib.
Qeyd edək ki, Premyer Liqa başa çatmasa da, gümüş medalları özünə təmin etmiş "Qəbələ” bu il də ölkəmizi Avroliqa turnirində təmsil edəcək.
Digər Xəbərlər
03 May 2024 23:04
UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirildi
03 May 2024 16:37