adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Iyun 2018 14:59
15328
MƏMLƏKƏT

Qazi və şəhid ailələri ilə görüş keçirilib

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi müqəddəs Ramazan ayı boyunca hər gün Bakıda xeyriyyə aksiyalarını uğurla davam etdirir. 

Birlikdən verilən məlumatına görə, təşkilatın rəhbərliyi bu gün birqrup qəhrman Qarabağ qazilərini və mübarək şəhid ailələləriniziyarət edib. Görüşdə təşkilatın sədri Sevinc Əzimbəyli və Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək, Qarabağ qazilərini və müqəddəs şəhid ailələrini mübarək Ramazanda ziyarət etməyin ən böyük savab əməl olduğunu bildirib: "Vətənin varlığı uğrunda canını fəda edən qəhramanlarımıza, onların doğmalarına hər zaman bizlər borcluyuq. Hər gün Ramazan ayı boyunca xeyriyyə tədbirlərimizin həyata keçməsində bizə dəstək verən xeyir-savab əməlsahiblərinə təşəkkür edirik”.Görüşdə "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri EtimadƏsədov diqqət və qayğıya görə təşkilatın rəhbərliyinə təşəkkürünü bildirib. O, Seyid Camal Əzimbəylinin və ailəsinin hərzaman şəhid və qazi ailələrini bayramlarda unutmadığını diqqətə çatdırıb.