adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Iyun 2017 13:55
3994
GÜNDƏM

Qazaxıstanın latın əlifbasına keçidi müzakirə olunub

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanınortaq təşkilatı olan Beynəlxalq Türk Akademiyası(TWESCO) Qazaxıstandalatın əlifbasının bərpası məsələlərinə həsr olunmuş konfrans keçirib.

 QazaxıstanPrezidenti Nursultan Nazarbayevin "Egemen Qazaxıstan" qəzetində dərcolunan "Gələcəyə doğru yol: Mənəvi yenilənmə" adlı geniş məqaləsindən irəligələn tapşırıqların yerinə yetirilməsi məsələləriningeniş dəyərləndirildiyi toplantının moderatorluğunu Akademiya prezidenti Darxan Kıdırali edib.

Tədbirdə nüfuzlu ictimai-siyasi xadim Mırzatay Joldasbekov, Türkdilli Dövlətlərin ƏməkdaşlıqŞurası Ağsaqqallar Şurasının üzvü Adil Əhmədov, Qazaxıstan Milli Elmlər Akademiyasının üzvü Bolat Kömekov, А.Baytursınovadına Dilçilik İnstitutunun Direktoru Yerdən Kajıbek, habelə görkəmli türkoloq və dilçilər iştirak edib.

 "EurasianBook Fair - 2017" beynəlxalq kitab sərgisi çərçivəsində təşkil edilən konfransda iştirakçılar Prezident Nursultan Nazarbayev tərəfindən qarşıdakı illərdə həyatakeçirilməsi nəzərdə tutulan mühüm layihələrdən birikimi qazax dilinin latın əlifbasına keçidinə dair fikirlərini bölüşüblər.Artıq latın əlifbasına keçmiş digər türk respublikalarının təcrübələriüzərində dayanılıb, bu prosesin aktual məsələləri və mexanizmləri müzakirəedilib. Mütəxəssislərin ortaq qənaəti latın əlifbasına keçidin qardaş türk xalqları ilə əməkdaşlığı yenisəviyyəyə çıxararaq elmi inteqrasiya gücləndirəcəyi yönündəformalaşıb.

 Bu baxımdan Y.Kajıbekin"Ortaq latın əlifbası mənəvi azadlığın simvoludur", A.Jünisbekin "Latın əlifbasını canlandırmağın aktual məsələləri" mövzusunda məruzələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

 Tədbir çərçivəsində Beynəlxalq TürkAkademiyasının elmi layihələrindən biri kimi prof. Alimxan Jünisbekin "Ortaq türk latın əlifbası" adlı monoqrafiyasının da təqdimatı keçirilib.