adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Yanvar 2017 11:19
7348
DÜNYA

Qazaxıstanda yaşayış binası uçub - Ölənlər var

Qazaxıstanın Karaqanda vilayətində çoxmərtəbəli yaşayış binası qismən uçub. Hadisə Şaxan qəsəbəsində qeydə alınıb.

TASS-ın məlumatına görə, xilasedicilər dağıntılar altından üçü uşaq olmaqla, 9 nəfərin meyitini çıxarıb. Hazırda xilasetmə əməliyyatı davam etdirilir. Yaralılar xəstəxanaya yerləşdirilir.

İlkin ehtimala görə, ötən axşam baş verən hadisəyə çoxmərtəbəli binanın istilik qazanının partlaması səbəb olub. İnsidentin dəqiq səbəbləri araşdırılır.