Qazaxıstanda böhran: İstefalar başladı
Qazaxıstan Baş naziri Bakıtcan Saqintayev Energetika nazirinin müavini Aseta Maqauova və "KazMunayQaz” dövlət şirkətinin sədr müavini Daniyar Berlibayevi vəzifəsindən uzaqlaşdırıb.
Adalet.az xəbər verir ki, Saqintayev hər iki şəxsi ölkədə yaranmış yanacaq böhranında əsas günahkar hesab edib.
Belə ki, hökumətin iclasında baş nazir hər iki müavinin hesabatını dinləyib. Onlar böhrana əsas səbəb kimi iki neftayırma zavodunun təmirə bağlanmasını və Rusiyada benzinin qiymətinin qalxmasını göstəriblər. Saqintayev onların iddialarını bəhanə adlandırıb. Bundan sonra o, hər iki şəxsi vəzifəsindən uzaqlaşdırıb.
Qeyd edək ki, keçən ay Qazaxıstanın bəzi bölgələrində Aİ-92 markalı benzinin qıtlığı yaranmışdı.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29