Qaz verilişində ayrı-seçkilik olur – Qənirə Paşayeva
"Kəndlərə qaz çəkilən zaman fərqli yanaşma müşahidə olunur”. Bunu bu gün Milli Məclisin iclasında " deputat Qənirə Paşayeva deyib.
Xanım deputat bildirib ki, sovet dövründə qaz xətləri çəkilmiş insanların evlərinə qaz verilir, qaz sayğacı qoyulur:
"Ancaq 10-15 il əvvəl tikilən evlərə qaz verilmir, deyirlər ki, bunun üçün həmin sakinlər özləri evlərinə qaz xətləri çəkməlidir. Belə ayrı-seçkilik etmək olmaz. Tovuz rayonunda kəndlərdə belə problemlər var”.
Deputat nəzərə çatdırıb ki, Tovuzda iki mədəniyyət evinin tikintisi yarımçıq qalıb:
"Bu mədəniyyət obyektlərinin tikintisinin başa çatdırılmasına diqqət yetirmək lazımdır. Əks halda, yarımçıq tikililər də dağılacaq”.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48