Qatıq suyunun inanılmaz faydaları
Sağlam həyatın açarı olaraq qəbul edilən qatığın suyu da insan sağlamlığı üçün inanılmaz faydalar verir.
Adalet.az deyerler.org-a istinadən bildirir ki, kalsium anbarı və sağlam həyatın sirri olan qatıq, sümük sağlamlığından xərçəngə, diabetdən dəri sağlamlığına qədər bir çox xəstəliklərdən şəfa verir. Mütəxəssislər, bu sağlam qidanın suyunun da dərman kimi təsir göstərdiyini ifadə edirlər. İndi isə, gəlin qatıq suyunun sağlamlığa faydaları ilə tanış olaq:
Çəki problemi: qatıq suyu tərkibində kalsium, zülal və B vitamini ehtiva edir. Bu sayədə də insanda toxluq hissi təmin edir və piylərin əriməsini sürətləndirdiyi üçün də maddələr mübadiləsini işlədir.
Qəbizlik: Qatıq suyunun tərkibinə faydalı bakteriyalar daxildir. Bu sayədə bağırsaq florası tarazlanır və qəbizlik əngəllənir.
Diabet: Şəkər xəstəsi və insulin müqaviməti olan kəslər qatıq suyu istehlak etməlidir. Bu sayədə qan şəkərinin tarazlıqda qalmasına köməkçi olar.
Dəri ləkələri: Dəri ləkələrini təmizləmək üçün qatıq suyu olduqca faydalıdır. Dəriyə nizamlı qaydada sürtülən qatıq suyu maskası ilə dəri ləkələrinin azaldılması mümkündür.
Böyrək daşları: Qatıq, maye tərkibi sayəsində böyrəkləri təmizləyir. Bu sayədə də daş ya da qum problemi varsa, hər gün qatıq suyu içmək olduqca faydalı olacaqdır.
Digər Xəbərlər
03 May 2024 16:07
Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15