Qasırğanın İsmayıllıya vurduğu ziyan açıqlandı
Ötən gün saat 17:00 radələrindən başlayaraq İsmayıllı şəhərinin ərazisində güclü yağış və dolu ilə müşayət olunan qasırğa hadisəsi baş verib.
İcra hakimiyyətindən verilən məlumata görə, qasırğa nəticəsində şəhərin elektrik, rabitə və qaz təsərrüfatına ciddi zərər dəyib. Belə ki, 20-dən çox yerdə çoxillik ağacların elektrik xətlərinin üzərinə aşması nəticəsində 10 kv-luq və 10 yerdə 0.4 kv.luq hava xətləri sıradan çıxıb, kənd təsərrüfatına və əkin sahələrinə xeyli ziyan dəyib.
Şəhərin ərazisində İsmayıllı şəhər 6 saylı tam orta məktəbinin, İsmayıllı Şəhər Bələdiyyəsinin, 8 ümümi yaşayış binalarının və 10-a yaxın sahibkarlıq obyektinin dam örtüklərinə ağac aşması və güclü küləyin təsiri ilə ciddi ziyan dəyib. 1 avtomobilin üzərinə ağac aşıb.
Təbbi fəlakətin vurduğu ziyanla bağlı rayon Fövqəladə Hallar Komissiyasına 30-dan çox vətəndaş müraciət edib.
Təbbi fəlakətin rayon ərazisində elektrik, rabitə, su, qaz və kənd təsərrüfatına həmçinin vətəndaşlara vurduğu zərərin miqdarı hesablanır.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27