Qarlı hava ilə bağlı avtomobillərə nə qədər ziyan dəyib?
Bayram günlərində Azərbaycanda 2 156 sığorta hadisəsi qeydə alınıb.
Bu barədə Adalet.az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib.
Qeyd edilib ki, 31 dekabr 2025-ci il – 4 yanvar 2026-cı il tarixlərində ölkə üzrə 9 qeyri-həyat sığortası şirkətinə ümumilikdə 2 156 sığortalı müraciəti daxil olub.
Müraciətlərin 1 876-sı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, 260-ı “Kasko”, 15-i “Daşınmaz əmlakın icbari sığortası”, 5-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növləri üzrə qeydə alınan sığorta hadisələri ilə bağlı olub.
Məlumata əsasən, 1 237 hadisə üzrə ehtimal olunan zərər məbləği 1 milyon 243 min 223 manat həcmində müəyyənləşdirilib. Qalan 919 hadisə üzrə zərərin qiymətləndirilməsi prosesi davam edir.
Hazırda bütün müraciətlər tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir. Sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləğinin 2 milyon manatı ötəcəyi ehtimal edilir.
Bildirilib ki, hesabat dövründə sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 70%-i Bakı şəhərində, 30%-i isə respublikanın şimal dağətəyi ərazilərində qeydə alınıb.
Digər Xəbərlər
07 Yanvar 2026 17:40
Prezidentdən Cahangir Novruzovla bağlı SƏRƏNCAM
07 Yanvar 2026 11:26
Valideynlər övladlarının laborator analiz nəticələrinə “mygov”da baxa biləcəklər
07 Yanvar 2026 10:18
Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?
06 Yanvar 2026 15:04
Leyla Əliyeva Maskatda Sultan Qabus Böyük Məscidini də ziyarət etdi - FOTOLAR
06 Yanvar 2026 13:13
Sarı rəngə boyayıb kənd toyuğu adı ilə satırmışlar - RƏSMİ + FOTOLAR
05 Yanvar 2026 12:16
Sabah hava necə olacaq?
05 Yanvar 2026 12:01
İctimai nəqliyyatdan istifadə etməyənlərin balansından niyə pul çıxılır? - AÇIQLAMA
03 Yanvar 2026 17:10


Bakı -°C

