adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Noyabr 2014 14:49
9623
GÜNDƏM

Qardaş Türkiyənin başı dərddə

Əsəd rejimindənvə İŞİD-dən qaçıb canını qurtaran 2 milyondan çox suriyalı Türkiyəyə sığınıb. VəTürkiyə bu 2 milyon insanı gündə üç dəfə yeməklə, yataqla, tibbi personalla təminetmək zorundadı. Türkiyənin bu yöndə xərcləri6 milyard dolları keçib.

İndi də Hələbin darmadağın edilməsi nəticəsində daha 1 milyon suriyalı Türkiyəyə üz tutub. Türkiyə də böyük insanlıq göstərərək qapılarınıbu bədbəxt xalqın üzünə açıb. Deməli, Türkiyədə suriyalıların sayı 3 milyonu ötüb.Dünyanın heç bir özündənrazı dövləti də bu məsələdə Türkiyəyə dəstək olmaq fikrindədeyil.

Sayın ƏrdoğanınSuriyanın Türkiyə ilə sərhədində bir qoruma bölgəsi yaratmaq istəyi də nə ABŞ tərəfindən,nə də Avropa dövlətləri tərəfindən qəbul olunmur. Çünki əsas məqsəd Suriya xalqınıxilas etmək yox, Türkiyəni bataqlığa soxmaqdır.

Qardaş Türkiyəbu sınaqdan da, bu tələdən də ər kimi çıxmağı bacaraq.