adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Iyul 2020 09:40
50438
MƏMLƏKƏT

Qaradağlı səhra hospitalının “40 qız”ından biri –Elyanə Hüseynovanın arzuları...

Hüseynova (Qurbanova ) ElyanəŞöhlət qızı.... Çoxunuzatanış gəlmədi, doğrumu? Amma hamımız tanımalıyıq. Hamımız onu örnək göstərməliyik,hamımız qızlarımızın ona oxşamasına çalışmalıyıq.Çünki o illərin gəncqızlarının bir çoxukimi Elyanə xanım da özü üçün, öz gələcəyi üçün düşünməyi, özünə gün-güzəranqurmağı ağlının uçundanda keçirmədi... Özünüoda atdı. Özünü odun –alovun ən gur yerinə, müharibənin ən qaynar nöqtəsinəlayiq gördü.... Axı vətən dardaydı...

Elyanə xanım 1968-ci ildə doğmarayonu olan, hazırda uzaqdan yalnız tüstüsünü gördüyü Ağdamın Şell-Qasımlı sovetliyinə məxsus Poladlı kəndindəndir. Orada doğulub. Böyüyüb, orta təhsilinibaşa vurub. Hələ orta məktəbdə oxuyarkən tibb bacısı olacağını qətiləşdirib. Böyük Vətən müharibəsinə həsr edilmiş filmlərəbaxdıqca, müharibədə o cəsur qızları gördükcə, ağ xalata da, ağ papağa da qəlbindəqarşısıalınmaz bir bağlılıq hiss edib. Bir dəfə "Azərbaycan qadını” jurnalındatəxminən bu cümlələrə rast gəlmişdi” 10 min nəfərdən çox azərbaycanlı qızıbirbaşa odlu cəbhələrdə idi. Kimisi əlinə silah götürmüşdü, kimisi şəfqətbacısı kimi igidlərin döyüşlərdə aldığı yaralara məlhəm qoyurdu, onları yenidənhəyata qaytarırdı. Ziba Qəniyeva, Aliyə Rüstəmbəyova, Dürrə Məmmədova və başqaAzərbaycan qızlarının adı İkinci Dünya müharibəsinin ən fəal iştirakçılarısırasında çəkilir”. 

Bax elə buradan başlamışdı Elyanənin şəfqət bacısı olmaq istəyi. Nə biləyditaleyin amansız gərdişinin onun yurdunun başına açacaq oyunları...

Ağdam rayonuna lap yaxınolan Dağlıq Qarabağ Muxtar Vilayətin mərkəzində-Stepanakert (Xankəndi) şəhərində yerləşən tibb texnikumuna imtahan verib qəbulolanda sevinci yerə-göyə sığmadı. Nə xəyallar qururdu...

Amma texnikumu bitirər –bitirməz Qarabağda birmüharibə ocağı alovlanmağa başladı. Hər gün erməni qəddarlığı, hər günsoydaşlarımızınqətli, qan, ölüm,işgəncəxəbərləri qeyrəti olan vətəndaşlarımızı səfərbərliyə, döyüşəharaylayırdı. Elyanəni ən çoxnarahat edən isə ard-arda kəndlərinə gələn şəhid tabutları idi... Atasız qalanuşaqların, oğulsuz qalan anaların, qardaşsız qalan bacıların göylərə büləndolan ah –naləsi onu xalqına xidmət göstərməyə tələsdirirdi. Beləcə, bir gün -19 yaşlı Elyanə sənədlərini Qaradağlı səhra qospitalına təqdimedir. 1992-1993-cü illəri ömrünün ən məşəqqətli dövri kimi yaşamağa başlayır . Qaradağlı səhra qospitalında tibb işçisi olaraq fəaliyyətə atılır.

Elyanə xanım ilk dəfə gənc, necə deyərlər, "lay divar” oğulların ölümünüburda gördü. Bəlkə də, bir elin, bir nəslin, bir evin çırağı idi onlar...Bəzən yaralı əsgərlərhospitala vaxtından gec çatdırılırdı,bəzən çarəsiz yaralını xilas etməyə güc yetmirdi. İgidlər Elyanənin gözləri qarşısında mətanətləşəhadətə addımlayırdılar. Həmin gün gənctibb bacısının sanki dünyası dağılırdı. İş yoldaşlarının , çiyin-çiyinə hər əziyyətə qatlaşan digərtibb bacılarının yanında özünü sıxırdı. Ağlamırdı, sızlamırdı...elə ki,bir balaca tək qaldı, o igidlərə ağı deyib ağlayırdı, yas tuturdu.

Sevincli günləri də az olmurdu. Bəzənqan verdiyi əsgərin sağaldığını görəndə, reanimasiyadan birbaşa palataya köçürülən əsgərin gözünü açıb elə ilk kəlmədən: "Həkimə deyin,mən yaxşıyam, məni burda çoxsaxlatmasın, döyüş dostlarım məni gözləyir, mən müharibəyə getməliyəm” deyəndəElyanənin sevincdən gözləri yaşarırdı. (İndiamneziyadan əziyyət çəkməsinəbaxmayaraq. Orda elə həftə olmazdı ki, əsgərlərə qan verib onların həyatınıxilas etməsin.

Elyanə Hüseynova danışır:

-Ağdam hospitalında 40 nəfər qadın tibb işçisi vardı . Həmin qadınlarınşücaəti dillərdə əzbər idi. Onların çoxu qanlı döyüş meydanlarına gedir,yaralıları, həlak olanları çıxarır, hospitala daşıyırdı. Gecəli-gündüzlüyaralıların yanında olurduq. Beləcə, hospital orda çalışanların dogma evi-eşiyiolurdu. Yadımdadır, tibbi personalın özündən yaşca kiçik olan qadın işçilərinəhəmişə diqqət göstərən , qayğılarına qalan, ana nəvazişi göstərən Elmira Rəsulovaadlı bir xanım vardı . Bir dəfə hospitalın fəaliyyətindən reportaj hazırlayanbir jurnalist gördüyü mənzərələri qəzetdə " 40 qızı olan ana” başlığı ilədərc etmişdi. Belə kollektivdə calışmaq da adama şərəf verirdi, başıucalığı gətirirdi.Elmira Rəsulova, Mətanət həkim, Ayna,Tünzalə, Nəzakət, Nəsibə, Natəvan, Təranə, Mədinə, Şəhla, Rada, Səmayə, Xalidə, Nilüfər,Reyhan, İlhamə, Şükufə ana, Solmaz ana, Ağca xanım və başqalarıdöyüş meydanında da kişi kimiidilər. Cəsur, qorxmaz, vətən üçün əlindəngələni əsirgəməyən! O vaxt işinin öhdəsindən ləyaqətləgələ bilən tibb bacılarına komandanlıqtərəfindən hərbi rütbələrdə verilirdi. Mən baş cavuş rütbəsinə layiqgörülmüşdüm.

Unutmamış deyim, Məleykə Əhmədova vardı,  tibb bacısı, əslən İrəvandan idi, 3 qardaşı şəhidolmuşdu. Onun əsgərlərə göstərdiyi qayğı, xidmət onu tanıyanların heç birinin yaddaşından silinməyəcək!Mən müharibədən sonra ailə qurdum və Rusiyada yaşamağa başladım. O zamandan Məleykəhaqqında heç bir xəbərala bilmədim. Çox sonralareşitdim ki, müharibədə aldığı psixoloji sarsıntılar onun həyatını sona çatdırıb. Çox üzüldüm, Allah rəhmət eləsin...

-Elyanə xanım, müharibə başlasayenə gedərdiniz hospitala işləməyə?

-Baxmayaraq xəstəyəm, baxmayaraq vətəndənuzaqlardayam, bu gün səfərbərlik olsa,müharibə başlasa, yenə öndə gedənlərdən biri mən olacağam. Niyəsini soruşmayın, bu xəstə canım da qurbanolsun, yurduma-yuvama, kəndimizə-evimizə... Yaşlandıqca, qəriblikdə qaldıqcayurdumun xiffətini daha çox çəkirəm... çox..

 Bir gün o yurda dönəcəyimə o qədərəminəm....Qayıdacağıq. Mütləq yurdumuza dönəcəyik! Dönməliyik!

Əntiqə Rəşid