“Qarabağ”ın futbolçuları Çempionlar Liqasının ən sürətliləri sırasında
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) UEFA Çempionlar Liqasında mübarizəni davam etdirən komandaların futbolçularının oyunlardakı qaçış sürəti ilə bağlı hesabatı açıqlayıb.
Adalet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 5 mövqe üzrə 20 futbolçunun daxil olduğu siyahıda “Qarabağ”ın oyunçuları da yer alıblar.
Mərkəz müdafiəçiləri arasında ən yüksək göstərici Kevin Medinaya məxsusdur. O, 33,5 kilometr/saatla 12-ci olub.
Cinah müdafiəçilərinin statistikasında Elvin Cəfərquliyev (34,92 kilometr/saat) 6-cı, vingerlərdən Emmanuel Addai (35,87 kilometr/saat) 4-cü, mərkəz hücumçuları arasında isə Kamilo Duran (33,42 kilometr/saat) 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, CIES-in hesabatı futbolçuların oyun zamanı çatdığı maksimal sürət və qaçış göstəriciləri əsasında hazırlanıb.
Digər Xəbərlər
18 Fevral 2026 14:48
Üç klub azarkeşlərinə görə cərimələndi
18 Fevral 2026 13:36
ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi
18 Fevral 2026 12:10
UEFA “Benfika” - “Real Madrid” oyunundakı insidentlə bağlı araşdırmalara başladı
18 Fevral 2026 09:10


Bakı -°C

