adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Iyun 2017 22:54
4668
İDMAN

“Qarabağ”ın Avstriya hazırlığı başladı

"Qarabağ” bu gündən Avstriyada təlim-məşq toplanışında hazırlıqlara başlayıb.

Adalet.az-ın xəbərinə görə, bu gün üçün komandanın iki məşqi nəzərdə tutulub. Futbolçular bu gün yerli vaxtla 11:00-da (Bakı vaxtı ilə 13:00) ilk məşqinə çıxıb. İki qrup halında olan komanda fitnes zalında çalışıb. İlk hazırlıq hər qrup 1 saat olmaqla 2 saat davam edib.

"Qarabağ”ın axşam məşqi yerli vaxtla saat 19:00 (Bakı vaxtıyla 21:00) üçün nəzərdə tutulub.