adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Sentyabr 2014 21:44
3017
MƏMLƏKƏT

Qarabağda itkin düşənlərin sayı 4500-dən çoxdur

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) DağlıqQarabağ münaqişəsi nəticəsində itkin düşmüş 4500-dən çox şəxsi qeydiyyata alıb.Bu barədə Komitənin Azərbaycan nümayəndəliyindən məlumat verilib. Bərdədəkeçirilən anım mərasiminin açılışında Bərdə Sub-nümayəndəliyinin başçısı NikolaLambert deyib: "BQXK hökumət orqanlarını itkin düşmüş şəxslərin taleləriniaydınlaşdırmaq cəhdlərində dəstəkləməyə və hələ də itkinləri barədə bir xəbərgözləyən ailələrə kömək etməyə davam edir. 2014-cü ildə itkin düşmüş şəxslərbarədə məlumat toplanılmasında yeni bir addım atılıb, yəni Azərbaycan hökumətiilə birgə yeni layihənin pilot mərhələsinə başlanılıb.

 

Azərbaycan hökumət nümayəndələrinin,Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və digər tərəfdaşların iştirak etdiyiBakıdakı anım mərasimində BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısıxanım Deniz Duran deyib: "İtkin şəxslərin yaxın qohumlarından toplanılacaqbioloji nümunələr itkinlər barədə artıq toplanılmış ətraflı məlumatlarıtamamlayacaq".

 

Tədbir zamanı itkin düşmüş şəxslərin ailəüzvləri tədbir iştirakçıları ilə öz hekayələrini bölüşüb və ən böyükehtiyaclarının əzizlərinin talelərinin aydınlaşdırılması olduğunuvurğulayıblar.

BQXK Azərbaycanda DağlıqQarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən fəaliyyət göstərir və humanitar,neytral və bitərəf təşkilat olaraq münaqişə qurbanlarının əzab-əziyyətiniyüngülləşdirməyə çalışır.

 

BQXK 30 avqust - Beynəlxalq İtkinlər Gününüqeyd etməklə, beynəlxalq ictimaiyyəti itkin düşmüş şəxslərin faciəsi və onlarınailələrinin ağır vəziyyəti barədə daha çox məlumatlı olmağa çağırır. Dünyanınhər bir hissəsində yüz minlərlə insan silahlı münaqişə, təbii fəlakət və yamiqrasiya nəticəsində itkin düşüb. İtkin düşən hər bir şəxs özündən sonraqeyri-müəyyənlik hissindən əziyyət çəkən çox sayda insanı - xüsusilə dəailəsini qoyub gedir.